“Arsenal”da qeyri-adi qadağa: Arteta futbolçuların Fantasy Premier League seçimlərinə müdaxilə etdi
Məsələnin gündəmə gəlməsinə səbəb “Arsenal”ın futbolçusu Xristos Tzolisin virtual futbol oyununda etdiyi seçim olub. Reuters-in məlumatına görə, futbolçu noyabr ayında “Liverpul”la səfər qarşılaşmasından əvvəl Fantasy komandasında özünü kapitan seçib.
Tzolis oktyabrın əvvəlindən budun arxa əzələsindəki zədə səbəbindən oynamırdı. Onun özünü virtual komandanın kapitanı təyin etməsi futbolçunun meydana qayıtmağa hazırlaşdığı barədə işarə kimi qəbul edilib. Həmin vaxt klub onun vəziyyətini hələ ictimaiyyətə açıqlamamışdı.
Arteta məxfiliyi qorumaq istəyir
Mətbuatın məlumatına əsasən, Arteta futbolçuların Fantasy komandalarında özlərini və komanda yoldaşlarını seçməsinə məhdudiyyət qoyub.
İspaniyalı mütəxəssis bildirib ki, futbolçuların heyət barədə məlumatları gizli saxlaması vacibdir. Onun sözlərinə görə, hətta övladları da oyunlardan əvvəl hansı futbolçuların meydana çıxacağını soruşurlar.
Baş məşqçi məxfiliyin komanda daxilində etimadla bağlı olduğunu vurğulayıb. O, bu cür məlumatların qorunması üçün tədbirlər görüləcəyini açıqlayıb. Jurnalistlərin həmin tədbirlərin artıq qüvvəyə minib-minmədiyi barədə sualına isə müsbət cavab verib. reuters.com
Reuters xatırladır ki, oktyabr ayında “Çelsi”də də oxşar vəziyyət yaranmışdı. Klub əməkdaşları ilə əlaqələndirilən Fantasy hesablarında hücumçu Joao Pedro heyətdən çıxarılmışdı. Daha sonra futbolçunun bud zədəsi səbəbindən oynaya bilməyəcəyi məlum olmuşdu.




Комментарии