“Aston Villa” Ceymi Karragerə qarşı məhkəmə addımı atmağa hazırlaşır
İngiltərənin “Aston Villa” klubu “Liverpul”un sabiq müdafiəçisi və hazırda futbol şərhçisi kimi çalışan Ceymi Karragerə qarşı hüquqi tədbirlər görmək niyyətində olduğunu açıqlayıb. Buna səbəb keçmiş futbolçunun klub və onun azarkeşləri barədə səsləndirdiyi fikirlər olub. Birmingem təmsilçisi həmin ifadələri qəbuledilməz hesab edir.
Mübahisə Karragerin “Stick to Football” podkastındakı çıxışından sonra yaranıb. O, “Aston Villa”nın baş məşqçisi Unai Emerinin “Mançester Yunayted”ə mümkün keçidi barədə danışarkən klubun azarkeşlərinə sərt ifadələrlə müraciət edib. “Aston Villa”nın sədri Nasif Saviris isə klubun nüfuzunun və tərəfdarlarının müdafiə olunacağını bildirib.
Karrager sonradan sosial şəbəkələrdə açıqlama verərək sözlərinin zarafat məqsədi daşıdığını bildirib. O, Unai Emerini yüksək qiymətləndirdiyini və “Aston Villa”nın uğurlarına hörmət etdiyini vurğulayıb. Klub hüquqi addımlar atacağını bildirsə də, konkret iddia və onun hüquqi əsasları hələ açıqlanmayıb.




Комментарии