Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
29 окт.
1 мин. чтения
Turnirin növbəti mərhələsinə yüksələcək son iki komandanın adına keçiriləcək qarşılaşmalardan sonra aydınlıq gələcək.
Günün ilk qarşılaşmalarından birində I Liqa təmsilçiləri “Xankəndi” və “Gəncəbasar” üz-üzə gələcəklər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq görüş saat 14:00-da başlayacaq. Oyunun baş hakimi Mahmud Bağırzadə olacaq.
Digər qarşılaşmada “Zəngəzur” “Karvan-Yevlax”ı qəbul edəcək. Binə qəsəbə stadionunda keçiriləcək görüş də saat 14:00-a təyin olunub. Bu matçı Ceyhun Hüseynov idarə edəcək. Hər iki qarşılaşmanın qalibi Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanacaq.




Комментарии