Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qırıldı – 30 800 azarkeş!
19 окт.
1 мин. чтения
Azərbaycan Premyer Liqasının VIII turu azarkeş marağı baxımından mövsümün ən uğurlu turu olub. Altı qarşılaşmanı stadionlardan ümumilikdə 30 800 tamaşaçı izləyib. Bu, 2026/2027 mövsümündə qeydə alınmış ən yüksək göstəricidir.
Ən böyük azarkeş marağı “Kəpəz” – “Zirə” və “Qarabağ” – “Neftçi” görüşlərində qeydə alınıb. Gəncədəki qarşılaşmanı 13 800, Azərbaycan derbisini isə 13 500 nəfər stadiondan izləyib. Hər iki matç heç-heçə başa çatıb.
Əvvəlki rekord IV turda qeydə alınmış 24 512 tamaşaçı idi. VIII turda bu göstərici 6 288 nəfər artıb. Beləliklə, Azərbaycan çempionatında mövsümün yeni tamaşaçı rekordu müəyyənləşib.




Комментарии