top of page

“Fənərbaxça”da İsmayıl Kartal dövrü başa çatdı – komanda Dirk Kuyta tapşırıldı

Фото автора: Ulvi Memmedzade
Ulvi Memmedzade
28 окт.
1 мин. чтения

“Fənərbaxça”da baş məşqçi dəyişikliyi baş verib. İstanbul təmsilçisi “Qalatasaray”a qarşı derbidə 2:1 hesablı məğlubiyyətdən sonra İsmayıl Kartalla yollarını ayırıb. Klubun uğursuz nəticələri rəhbərliyin məşqçi məsələsində yeni qərar qəbul etməsinə gətirib çıxarıb.


Komandanın müvəqqəti baş məşqçisi vəzifəsi niderlandlı Dirk Kuyta həvalə olunub. Vaxtilə “Liverpul”da çıxış etmiş 46 yaşlı mütəxəssis yeni daimi baş məşqçi müəyyənləşdirilənədək İstanbul klubunun əsas komandasına rəhbərlik edəcək.


Kuyt artıq komandanı növbəti qarşılaşmaya hazırlamağa başlayıb. Oktyabrın 28-də “Can Bartu” bazasında keçirilən məşq onun rəhbərliyi altında təşkil olunub. “Fənərbaxça” oktyabrın 31-də Türkiyə Super Liqasının 10-cu turunda “Göztəpə”ni qəbul edəcək.

Fənərbaxça stadionu, İsmayıl Kartalın ayrılması və Dirk Kuytun təyinatı.

Комментарии

Оценка: 0 из 5 звезд.
Еще нет оценок

Добавить рейтинг
bottom of page