top of page

İstanbul derbisindən sonra böyük dava: 2 qırmızı, 2 sarı kart!

Фото автора: Ulvi Memmedzade
Ulvi Memmedzade
27 окт.
1 мин. чтения

Türkiyə Super Liqasının 9-cu turunda “Qalatasaray”ın “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub etdiyi İstanbul derbisi yalnız meydandakı mübarizə ilə deyil, qarşılaşmadan sonra yaşanan qalmaqalla da gündəmə gəlib. RAMS Park stadionunda baş tutan oyunun bitiş fitindən dərhal sonra iki komandanın futbolçuları arasında ciddi gərginlik yaranıb.


Türkiyə mətbuatının məlumatına görə, hadisələr “Fənərbağça”nın futbolçusu Kerem Aktürkoğlu ilə “Qalatasaray”ın yarımmüdafiəçisi Roland Sallai arasında başlayan mübahisədən sonra böyüyüb. Aktürkoğlunun Sallainin yaxasından tutduğu bildirilir. Tərəfləri sakitləşdirmək istəyən digər futbolçular da hadisənin mərkəzinə toplaşıblar.

⁠

Qarşıdurmanın davamında “Qalatasaray”ın müdafiəçisi Əbdülkərim Bardakcı ilə “Fənərbağça”nın futbolçusu Arçi Braun arasında fiziki toqquşma yaşanıb. İki oyunçu bir-birini yerə yıxıb. Meydandakı digər futbolçular onları ayırmağa çalışıblar.


Hadisələr böyüdükdən sonra təhlükəsizlik əməkdaşları və polis qüvvələri meydana daxil olublar. Türkiyə mətbuatının məlumatına əsasən, qarşıdurma təxminən üç-dörd dəqiqə davam edib. Polisin müdaxiləsindən sonra tərəflər ayrılıb və “Fənərbağça”nın futbolçuları təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə soyunub-geyinmə otağına yollanıblar.


Hakim dörd futbolçuya kart göstərib

Qırmızı kart

🟥 Əbdülkərim Bardakcı — Qalatasaray

🟥 Arçi Braun — Fənərbağça

Sarı kart

🟨 Roland Sallai — Qalatasaray

🟨 Kerem Aktürkoğlu — Fənərbağça

Matçın baş hakimi Atilla Karaoğlan qarşılaşma bitdikdən sonra yaşanan hadisələrə görə dörd futbolçunu cəzalandırıb. Yayımçı beIN SPORTS da iki qırmızı və iki sarı kartın göstərildiyini təsdiqləyib.


Derbidə “Qalatasaray”ın hər iki qolunu Viktor Osimhen vurub. “Fənərbağça”nın yeganə qoluna isə İrfan Can Kahveci imza atıb. Lakin qarşılaşmanın ardından baş verən dava oyunun nəticəsini kölgədə qoyub. Futbolçulara əlavə intizam cəzalarının verilib-verilməyəcəyi ilə bağlı rəsmi qərar hələ təsdiqlənməyib.


Qalatasaray və Fənərbağça derbisindən sonra futbolçular arasında qarşıdurma.

⁠⁠⁠⁠⁠

Комментарии

Оценка: 0 из 5 звезд.
Еще нет оценок

Добавить рейтинг
bottom of page