top of page

“Qarabağ” 1000-ci çempionat oyununda qalib gəldi: Ağdam klubu “İmişli”ni məğlub etdi

Фото автора: Ulvi Memmedzade
Ulvi Memmedzade
11 окт.
1 мин. чтения

Azərbaycan Premyer Liqasının VII turunda “Qarabağ” səfərdə “İmişli”ni 2:0 hesabı ilə məğlub edib. Yevlax şəhər stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisi üçün xüsusi əhəmiyyət daşıyıb. Bu, klubun Azərbaycan çempionatlarında 1000-ci oyunu olub.


Qarşılaşmanın ilk hissəsində tərəflər hesabı aça bilməyiblər. Fasilədən sonra hücumlarını gücləndirən “Qarabağ” 59-cu dəqiqədə Aleksey Kaşukun qolu ilə önə keçib. Ukraynalı futbolçunun zərbəsi oyunda hesabı dəyişib.


Ağdam təmsilçisi görüşün sonlarında üstünlüyünü möhkəmləndirib. 88-ci dəqiqədə Jali Muaddib fərqlənərək hesabı 2:0-a çatdırıb. Bununla da “Qarabağ” səfər qarşılaşmasında qələbəsini rəsmiləşdirib. trend.az


Bu qələbə “Qarabağ”ın turnir cədvəlindəki mövqeyinə də təsir göstərib. Komanda xallarının sayını 16-ya yüksəldərək üçüncü pillədə qərarlaşıb. “İmişli” isə dörd xalla doqquzuncu yerdə qalıb.

Qarabağ futbolçuları Azərbaycan Premyer Liqasında İmişli ilə qarşılaşmada


Комментарии

Оценка: 0 из 5 звезд.
Еще нет оценок

Добавить рейтинг
bottom of page