“Roma” səfərdə beş qol vurdu — Qasperinidən diqqətçəkən açıqlama
İtaliya A Seriyasında “Roma” səfərdə “Udineze”ni 5:2 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisi qarşılaşmanın ilk hissəsində dörd cavabsız qol vuraraq böyük üstünlük qazanıb. Brayan Kristante, Rodriqo Mora, Donyell Malen və Evan Ndika fasiləyə qədər fərqləniblər.
İkinci hissədə meydan sahibləri hesab arasındakı fərqi azaltmağa çalışıblar. Nikolo Zaniolo və Matteo Palma “Udineze”nin qollarını vurublar. Lakin “Roma” son dəqiqələrdə Daniele Gilyardinin qolu ilə yekun hesabı müəyyənləşdirib — 5:2. Beləliklə, paytaxt klubu rəqib meydanından üç xalla ayrılıb.
Qarşılaşmadan sonra “Roma”nın baş məşqçisi Can Pyero Qasperini komandasının hücum məhsuldarlığından razılığını ifadə edib. İtaliyalı mütəxəssis müxtəlif futbolçuların qol vurmasını müsbət əlamət hesab edir. Onun sözlərinə görə, komandanın hücumda daha yaradıcı və dəqiq olması uğurlu nəticələrin əsas səbəblərindəndir.




Комментарии