UEFA Avropa Liqası – III turun tam oyun cədvəli
№ Qarşılaşma Bakı vaxtı
1 Ararat-Armeniya – AZ Alkmaar 21:45
2 Ferentsvaroş – Torreense 21:45
3 Dinamo Zaqreb – NEC Neymegen 21:45
4 Yuventus – Renn 21:45
5 Lex Poznan – Sanderlend 21:45
6 OFİ Krit – Bayer Leverkuzen 21:45
7 Yunion Sen-Jilluaz – Hapoel Beer-Şeva 21:45
8 Şturm Qrats – Marsel 21:45
9 Bornmut – Milan 00:00
10 Besiktas - Kristal Pelas 00:00
11 Seltik – Selta 00:00
12 Viktoriya Plzen – Levski Sofiya 00:00
13 Yagelloniya – Anderlext 00:00
14 Lillestrem – Real Sosyedad 00:00
15 Selye – Zalsburq 00:00
16 Olimpiakos – Sparta Praqa 00:00
17 Omoniya – Benfika 00:00
18 Hoffenhaym – Lion 00:00
“Beşiktaş” – “Kristal Pelas”: İstanbulda mühüm sınaq. Türkiyə təmsilçisi turnirə iki qələbə ilə başlayıb. İlk turda “Marsel”i 4:1 hesabı ilə məğlub edən “Beşiktaş” növbəti görüşdə “Hoffenhaym” üzərində 3:2 hesablı qələbə qazanıb. “Kristal Pelas” isə “Lex Poznan”ı 4:0 hesabı ilə məğlub etdikdən sonra “Lion”a 2:3 hesabı ilə uduzub.
“Bornmut” – “Milan”: İngiltərədə maraqlı duel. “Milan” ilk turda “Benfika”ya 0:2 hesabı ilə uduzsa da, ikinci turda “Zalsburq”u 4:0 hesabı ilə məğlub edib. “Bornmut” isə “Real Sosyedad” və “Şturm Qrats” üzərində qələbələr qazanıb. İtaliya klubu üçün bu səfər turnirdə ardıcıl ikinci qələbəni qazanmaq imkanıdır.
“Yuventus” – “Renn”: Turin klubu qələbə seriyasını davam etdirmək istəyir. “Yuventus” əvvəlki iki qarşılaşmada NEC-i 5:0, “Selta”nı isə 2:1 hesabı ilə məğlub edib. “Renn” ilk turda “Şturm Qrats”la heç-heçə oynayıb, daha sonra OFİ-ni 2:1 hesabı ilə üstələyib. İtaliya təmsilçisi üçüncü turda da üç xal əldə etməyə çalışacaq.
“Omoniya” – “Benfika”: iki uğurlu başlanğıc edən komandanın görüşü. Kipr təmsilçisi ilk iki turda “Selta” və “Selye”ni məğlub edib. “Benfika” isə “Milan” və “Seltik” üzərində qələbələr qazanıb. Hər iki komandanın altı xalla qarşılaşmaya çıxması bu oyuna əlavə əhəmiyyət verir.




Комментарии