Vensan Kompaninin səhhəti ilə bağlı yeni açıqlama: “Hər gün yaxşılaşır”
27 окт.
1 мин. чтения
“Bavariya”nın baş məşqçisi Vensan Kompaninin səhhəti ilə bağlı yeni məlumat açıqlanıb. Komandanın köməkçi məşqçisi Aaron Denks belçikalı mütəxəssisin vəziyyətinin tədricən yaxşılaşdığını bildirib.
Xatırladaq ki, Kompani oktyabrın 23-də “Bavariya”nın ehtiyat komandasının məşqini izləyərkən huşunu itirib və xəstəxanaya aparılıb. Klub onun tibbi müayinələrdən keçdiyini, məşq prosesinin isə müvəqqəti olaraq köməkçilərinə həvalə edildiyini açıqlayıb.
Aaron Denks bildirib ki, Kompaninin əhvalı yaxşıdır və vəziyyətində hər gün müsbət dəyişiklik müşahidə olunur. Bununla belə, baş məşqçinin nə vaxt işinə qayıdacağı hələ müəyyənləşməyib.




Комментарии