“Zirə” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu: Gəncədə dramatik heç-heçə
Azərbaycan Premyer Liqasının VIII turuna Gəncədə keçirilən “Kəpəz” – “Zirə” qarşılaşması ilə yekun vurulub. Gəncə şəhər stadionunda baş tutan görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Qonaqlar məğlubiyyətdən oyunun son dəqiqələrində xilas olublar.
Qarşılaşmanın ilk hissəsində komandalar fərqlənə bilməyiblər. İkinci hissənin 57-ci dəqiqəsində Benito hesabı açaraq “Kəpəz”i önə çıxarıb. Meydan sahibləri uzun müddət üstünlüklərini qoruyublar.
Lakin “Zirə” son dəqiqələrdə hesabı bərabərləşdirməyə nail olub. Görüşün 89-cu dəqiqəsində Davit Volkov fərqlənərək komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, hər iki kollektiv meydanı bir xalla tərk edib.
Bu nəticə ilə Azərbaycan Premyer Liqasının VIII turu başa çatıb. Turun son günündə “İmişli” qələbə qazanıb, “Kəpəz” və “Zirə” isə xalları bölüşüblər.




Комментарии